2010-cu ildə kiçik mağaza ilə fəaliyyətə başlayan Azermotors on bir il kəskin bazar rəqabətinə davam gətirərək daha çox alıcı kütləsinə xidmət göstərmək üçün genişlənmək yoluna qədəm qoymuşdur. Belə ki, artıq kiçik mağaza daha böyüyü ilə əvəz edilib və yeni Sumqayıt filialı fəaliyyətə başlayıb.

Azermotors şirkətinin uğur qazanmasının yeganə səbəbi məmnun müştəri kütləsidir. İstər distributorlarla istərsə də müxtəlif ölkələrdə ehtiyat hissələri istehsal edən zavod və fabriklərlə birbaşa əməkdaşlıq edərək biz, müştərilərə minimal qiymətlər qarşılığında yüksək keyfiyyətli məhsullar təklif edirik. Bütün məhsullarımıza 100% zəmanət veririk və əgər müştəri aldığı hər hansı məhsulun istifadısinə gərək duymadıqda o məhsul qeyd-şərtsiz geri qaytarılır. Ən keyfiyyətli məhslulları büdcələrinə uyğun qiymətlərə əldə edən müştərilər həmçinin satış təmsilçilərimizin səmimiliyinə, ürəyiaçıqlığına və peşəkarlığına görə onlara böyük hörmət və rəğbət bəsləyirlər. Biz öz mənfəətimizdən əvvəl “avtomobilində nasazlıq yaranan o sürücünün yerində biz olsaydıq nə edərdik?” sualı haqqında düşünürük.

Şirkət özündə Almaniya, Amerika, Yaponiya, Cənubi Koreya və Çin istehsalı olan 16-dan çox avtomobil markasının ehtiyat hissələrini cəmləşdirir. Ehtiyat hissələrindən əlavə mağazalarımızda avto aksesuarlar bölməsi də fəaliyyət göstərir. Azermotors tezliklə daha iki yeni mağaza açmağı planlaşdırır. Fiziki mağazalarda satışla bərabər onlayn satışları da həyata keçirən şirkət Azərbaycanın ən böyük avtomobil təchizatçısı olmağı hədəfləyir.

AzerMotors avtomobilinə uyğun keyfiyyətli ehtiyat hissələrini ən sərfəli qiymətlərə əldə etmək istəyən hər bir kəs üçün doğru seçimdir.